Müğənni İbrahim Tatlısesin qardaşı Hüseyn Tatlı İnstaqram hesabında sənətçi haqda sərt danışıb. Hüseyn səhifəsində Yıldız Tilbe ilə şəklini paylaşıb. Fotonu görən izləyicilərdən biri Tatlıya "İmperator heç nə demir?" sualı ilə müraciət edib. Hüseynin cavabı isə gecikməyib. O yazıb: "Bunun üçün ondan icazə aldığımı mı düşünürsünüz? Sən bizi heç tanımırsan. Məni onun maaşlı işçiləri ilə səhv salmayın. Adım Hüseyn Tatlıdır, təkcə Allahın əmrinə qulaq asıram. Kiminlə görüşüb-görüşməyəcəyimə də özüm qərar verirəm. Kimdən icazə almalıyam ki?". Hüseyn bu cür cavabı ilə qardaşı arasında soyuq münasibət olduğunu açıqca nümayiş etdirib.
Qeyd edək ki, Y.Tilbe ilə İ.Tatıses uzun illər küsülü olub. İbrahimə silahlı hücum olanda onu xəstəxanada ziyarət edən Yıldız daha sonra onunla barışdığını deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.