18 ildən sonra ABŞ prezidenti Davosda iştirak edəcək
ABŞ Prezidenti Donald Tramp 23-26 yanvar tarixlərində İsveçrənin Davos şəhərində baş tutacaq Dünya İqtisadi Forumunda iştirak edəcək.
Axar.az xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Sara Sanders məlumat verib. O, bildirib ki, Tramp ölkəsinin iqtisadi mənafeyi baxımından bu kimi forumlarda iştirak etməyi önəmli hesab edir.
Qeyd edək ki, sonuncu dəfə 2000-ci ildə ABŞ Prezidenti Bill Klinton Davos forumuna qatılmışdı. Ondan sonra Corc Buş və Barak Obama foruma heyət göndərməklə kifayətlənmişdi.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.