Dekabrda Müdafiə Nazirliyi 127 rəsmi məlumatı ictimailəşdirib
2017-ci ilin dekabr ayı ərzində Müdafiə Nazirliyi ilə müxtəlif dövlət, icra hakimiyyəti strukturları, eləcə də yerli və xarici qeyri-hökumət təşkilatları, ictimai qurumlarla birlikdə hərbi hissələrdə müxtəlif mövzuda tədbir və layihələr icra olunub.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin təşkilatçılığı ilə Şəmkir, Ağdaş, Göygöl, Füzuli, Beyləqan, Bərdə, Tovuz, Qazax, Qusar və Xocavənddə 13 hərbi-vətənpərvərlik tədbiri keçirilib.
Dekabr ayında Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər Fondu, Bilik Fondu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Mətbuat Şurası, Beynəlxalq Avrasiya Mətbuat Fondu, YAP Nəsimi və Nizami rayon təşkilatları, İRƏLİ” İctimai Birliyi, “Xocalı soyqırımını tanıtma” İctimai Birliyi və digər qurumların nümayəndələrinin iştirakı ilə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı hərbi təhsil müəssisələrində 20-dən artıq tədbir təşkil olunaraq şəxsi heyətlə görüşlər keçirilib.
Dekabr ayında ictimailəşdirilməsi məqsədilə Müdafiə Nazirliyi tərəfindən 127 rəsmi məlumat, 83 foto, 4 video material hazırlanaraq kütləvi informasiya vasitələrinə ötürülüb, media nümayəndələrinin 7 sualı cavablandırılıb. Televiziya kanalları tərəfindən çəkilişlər aparılmasına 3 icazə məktubu verilib, təşkil edilən tədbirlərin işıqlandırılması üçün televiziya kanalları və informasiya agentlikləri Bakıda və cəbhəboyu zonada yerləşən hərbi hissələrdə keçirilən 12 tədbirə dəvət olunub.
Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.