banner
banner

Dünya

Türkiyədə növbəti "Özgecan" hadisəsi

Türkiyədə növbəti "Özgecan" hadisəsi

Türkiyə Manisa vilayətinin Akhisar rayonunda qadına qarşı zorakılığı nümayiş etdirən növbəti dəhşətli hadisə baş verib. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, rayon ərazisindəki zeytun bağlarından birində yandırılmış 18-20 yaşlarında qadın cəsədi aşkarlanıb. 

Bağ sahibinin xəbər verməsi ilə hadisə yerinə polis idarəsi cinayət axtarışı şöbəsinin əməkdaşları və dedektivlər cəlb olunub. Dəhşətli cinayətlə bağlı bağda və ətrafında dəlil axtarışına başlanılıb, bağ sahibinin ifadəsi alınıb. 

Öldürüldükdən sonra yandırıldığı güman olunan qadının cəsədi İzmir şəhəri məhkəmə tibbi ekspertizasına göndərilib. 

Qadının əlləri arxada birləşdiyindən, cinayətdən əvvəl onun əllərinin arxadan bağlandığı güman olunur. 
Faktla bağlı istintaq başladılıb, araşdırmalar davam edir. 

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə Mersin vilayətinin Tarsus rayonunda da analoji hadisə baş vermiş, Özgecan Aslan adlı tələbə vəhşicəsinə öldürüldükdən sonra yandırılmışdı. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.