banner
banner

Dünya

İstanbulda dəniz reysləri təxirə salındı - SƏBƏB?

İstanbulda dəniz reysləri təxirə salındı - SƏBƏB?

İstanbulda dəniz reysləri təxirə salınıb. Trend-in məlumatına görə, Türkiyənin Dəniz Nəqliyyatı İdarəsi belə bir qərarın qəbul edilməsini hazırda İstanbulda hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqələndirib.

Qeyd edək ki, bu gün İstanbulda yağışla müşayiət olunan güclü külək əsir. Sinoptiklərin proqnozlarına görə, qeyri-sabit hava şəraiti İstanbul akvatoriyasında həftə sonuna qədər davam edəcək.

 

Türkiyənin Dəniz Nəqliyyatı İdarəsi tərəfindən verilən məlumatda həmçinin qeyd edilir ki, dəniz reyslərinin təxirə salınması ilə əlaqədar "Marmaray" tuneli gücləndirilmiş iş rejiminə keçib.

Qeyd edək ki, sonuncu dəfə qeyri-sabit hava ilə əlaqədar İstanbulda dəniz reysləri ötən il dekabrın 16-da təxirə salınmışdı.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.