Şimali Koreya lideri Kim Çen In ölkənin hərbi qulluqçularına tam döyüş hazırlığında olmaq barədə əmr verib.
ANS PRESS-in məlumatına görə, Renxap xəbər verir ki, ölkə başçısı bunu hakim Şimali Koreya Fəhlə partiyasının mərkəzi hərbi komissiyasının qarşısında çıxışı zamanı bildirib.
Bundan əlavə Kim Çen In silahlı qüvvələrin modernləşməsinə keçid barədə əmr verib.
Qeyd edək ki, daha əvvəl Koreya Xalq Demokratik respublikası Cənubi Koreyaya onun ABŞ-ın Pxenyana qarşı başlatdığı “aqressiv müharibəyə” qoşulacağı zaman “Ən bədbəxt son” xəbərdarlığı edib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.