banner
banner

Hərbİ

Fransa Senatında konfrans

Fransa Senatında konfrans

Fevralın 19-da Fransa Senatında “Dağlıq Qarabağ münaqişəsi: əsas çağırışlar və Qafqazda təhlükəsizlik və sabitlik üçün faciəvi nəticələr” mövzusunda konfrans keçirilib.

Azərbaycanın Fransadakı səfirliyindən APA-ya verilən məlumata görə, səfirlik və “Azərbaycanın Dostları” Fransız Assosiasiyasının birgə təşkilatçılığı ilə təşkil olunan tədbir Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunub.

Tədbirdə çıxış edən Senatın Fransa-Cənubi Qafqaz dostluq qrupunun rəhbəri Andre Reyşar bu münaqişənin tək region üçün deyil, ümumilikdə Avropada təhlükəsizliyə təhdid olduğunu bildirib. O, danışıqlar prosesində irəliləyişin olmamasından təəssüflənərək Qafqazda sülhün və təhlükəsizliyin bərpası üçün yeganə yolun münaqişələrin beynəlxalq norma və prinsiplərə uyğun şəkildə sülh yolu ilə həlli olduğunu söyləyib.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək ermənilərin Azərbaycana qarşı təcavüzkar siyasətinin səbəb və nəticələri barədə danışıb, Azərbaycan torpaqlarının ¼ hissəsinin işğalının davam etdirildiyini vurğulayıb və Ermənistanın işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirdiyini bəyan edib. Diplomat 23 il bundan əvvəl Xocalı şəhərində törədilən faciəyə toxunaraq bu hadisəyə və Ermənistan tərəfindən törədilən digər hərbi cinayətlərə dünya ictimaiyyəti tərəfindən siyasi və hüquqi qiymətin verilməsinin vacibliyini diqqətə çatdırıb.

Tədbirdə Tələbə Gənclər Təşkilatı Şurasının sədri Şahin İsmayılov, Laçından məcburi köçkün düşmüş Sabinə Əsədova fransalı tarixçi Maksim Qoen, politoloq Pyer Konesa da çıxış edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.