banner
banner

Dünya

Ömər Çelik: Terror qruplaşmaları ilə sona qədər mübarizə aparacağıq

Ömər Çelik: Terror qruplaşmaları ilə sona qədər mübarizə aparacağıq

İŞİD, PKK və başqa terror qruplaşmaları ilə sona qədər mübarizə aparacağıq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Avropa Birliyi işləri üzrə naziri Ömər Çelik deyib.

“Kati Piri deyir ki, PKK təhdid deyil. Yaxşı ki, onlar bu yanlış zehniyyətlərini bəlli edirlər. Amma biz onların dediklərinə əhəmiyyət verməyəcəyik. Türkiyə həm İŞİD, həm də PKK ilə mübarizə aparan yeganə ölkədir. Piri və onun bənzəri olan siyasətçilər öz ölkələrindəki təhdidi terror sayır, amma başqa ölkələrdəki terrorçuları cinayətkar hesab etmirlər. Problem onların terrora münasibətində deyil, insana, insanlığa münasibətlərindədir. Belələrinin AP-də yer alması faciədir”, - Çelik bildirib.

Qeyd edək ki, Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi, hollandiyalı siyasətçi Kati Piri türk ordusunun Afrində keçirdiyi antiterror əməliyyatları haqda danışarkən PKK-nın təhdid olmadığını demişdi.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.