ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovdan danışıb. ANS PRESS-in Vaşinqton müxbirinin verdiyi məlumata görə, Departament sözçüsü gündəlik mətbuat brifinqində girovların qaytarılmasını dəstəklədiklərini bildirib.
“Biz bundan öncə də həmsədr Ceymis Uorlik vasitəsilə hər 2 şəxsin azad edilməsini və Azərbaycan hökumətinə qaytarılmasını dəstəkləmişik. Biz həmçinin müvafiq hakimiyyətə bu 2 şəxsi Azərbaycan hökümətinə qaytarmağa dair çağırış etmişik. Tərəflər keçmişdə humanitar jest olaraq girovların qaytarılmasına dair ümumi yol tapıblar. Bu kimi humanitar jestlər tərəflər arasında gərginliyin azalmasının göstəricisidir və eyni zamnda da tərəflər arasında inam mühitinin qurar”.
Xatırladaq ki, Psaki daha əvvəl girovlarla bağlı suala cavab verməkdən boyun qaçırmışdı.
Qeyd edək ki, 2 azərbaycanlı- Dilqəm Əsgərov və Şahbaz Quliyev doğma yurdlarına baş çəkən zaman Ermənistan silahlıları tərəfindən girov götürülüblər.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.