ANS PRESS-in məlumatına görə, “Armata” şassisində yaradılan T-14 tankları bu bahar ordunun istismarına veriləcək.
Tank ilk dəfə 9 may günü geniş ictimaiyyətə təqdim olunacaq.
"Russia Today" telekanalının məlumatında deyilir ki, Т-14- 125 millimetrlik, hamarlüləli 2А82-1М topla, 30 millimetrlik avtomat topla və təsddiq olunmamış məlumatlara görə tanka tərəf uçan döyüş sursatlarını məhv edə bilən 12,5 millimetrlik pulemyotla təchiz olunub.
Bu tankın ekipajı döyüş təzyiqlərindən izolə olunmuş zirehli kapsulun içində olur. Bu onların tankın partladılması zamanı sağ qalma ehtimalını əsaslı şəkildə artırır. Tankın fərqləndirici xüsusiyyətlərindən biri də, yüksək şəkildə avtomatlaşdırılması və kompyuterləşdirilməsidir.
“Armata” platformasının konstruksiyası, onun əsasında hətta robotlaşdırılmış olmaqla, bir çox müxtəlif hərbi maşınların yaradılmasını mümkün edir. Rusiya Müdafiə nazirliyinin Т-14 tankından 2300 ədəd sifariş edəcəyi gözlənilir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.