APA xəbər verir ki, hadisə rayonun Xəlifələr kənd sakini Rahib Eyvazova məxsus fərdi evin qarşısındakı həyətyanı sahədə qeydə alınıb.
Belə ki, 70-80 metrlik ərazini əhatə edən torpaq qatı təxminən 6-7 metrlik dərinlikdən sürüşərək kənd yolunu tamamilə bağlayıb. Sürüşmə zamanı Rahib Eyvazovun həyətində becərib bəslədiyi 60-dan çox müxtəlif növ sitrus və meyvə ağacı, həmçinin çəpəri torpağın altında qalıb.
Hadisədən dərhal sonra Masallı Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri kəndə gələrək, sürüşmə zonasına baxış keçiriblər. İlkin versiya kimi hadisənin son günlər yağan intensiv yağış və qar səbəbindən baş verdiyi qənaətinə gəlinib. Qabaqlayıcı tədbir olaraq ərazi qardan təmizlənib.
Yerli sakinlərin sözlərinə görə, sürüşmə yenidən təkrar olunacağı təqdirdə yaxınlıqdakı evlərin də bundan ziyan çəkmələri qaçılmazdır. Rahib Eyvazovun evini isə torpaq sürüşməsi qeydə alınan ərazidən cəmi 12 metrlik məsafə ayırır.
Masallı Rayon İcra Hakimiyyəti başçısının Yeyənkənd inzibati ərazi nümayəndəsi Barat Nağıyev sözü gedən ərazidə qabaqlayıcı tədbirlərin davam etdirildiyini, hadisə barədə müvafiq qurumların məlumatlandırıldığını bildirib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.