banner
banner

Şou

"Sen Anlat Karadeniz"dəki rolu başına bəla oldu

"Sen Anlat Karadeniz"dəki rolu başına bəla oldu

İlk bölümü ilə gündəm olan "Sen Anlat Karadeniz" serialında "Vedat" obrazını canlandıran aktyor Mehmet Ali Nuroğlu tamaşaçılar tərəfindən təhdid olunur.
Ekran işində həyat yoldaşı "Nəfəs"i döyən, ona işgəncələr verən Mehmet bu hərəkətinə görə izləyiciləri qıcıqlandırıb. 
Tamaşaçılarda rolu ilə nifrət yaradan Mehmeti sosial mediadan xəbərdarlıq ediblər. Bəzi sosial şəbəkə istifadəçiləri hətta bir daha "Nəfəs"ə əl qaldırarsa, aktyoru tapıb döyəcəklərini bildiriblər. 
Qeyd edək ki, hər həftənin çərşənbə günü "ATV" kanalında yayımlanan serial ilk bölümü ilə böyük tamaşaçı kütləsi toplaya bilib. Reytinqləri alt-üst edən ekran işinin mövzusu 16 yaşında atası tərəfindən biznesmenə (Vedat) satılan qız (Nəfəs) və onu xilas edən Karadenizli bir oğlan (Tahir) haqqındadır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.