BMT baş katibi münaqişənin həlli yollarını müzakirə etdi
BMT baş katibi Pan Gi Mun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Serbiya baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə görüşüb. "Report" BMT mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı Pan Gi Mun ATƏT sədri ilə hər iki təşkilatın qarşılıqlı əlaqələri, eləcə də Ukrayna və Balkanlardakı vəziyyəti, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını da müzakirə ediblər. P.G.Mun bildirib ki, Ukraynada ATƏT-in fəaliyyətini dəstəkləyir. "BMT və ATƏT rəhbərləri iki təşkilat arasında əməkdaşlıq məsələlərini, eləcə də Ukraynada, Dağlıq Qarabağda və Balkanlardakı vəziyyəti müzakirə ediblər. BMT baş katibi ATƏT-in Ukraynadakı səylərini dəstəkləməyə və BMT və ATƏT arasında tərəfdaşlığı möhkəmləndirməyə hazır olduğunu bildirib", - mətbuat katibliyindən görüşün yekunlarına görə verdiyi məlumatda deyilir. Fevralın 24-də İvitsa Daçiç ATƏT-də sədrliyi dövründə Serbiyanın təşkilatdakı fəaliyyətinin prioritetləri haqqında BMT Təhlükəsizlik Şurasında çıxış edəcək.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.