Türkiyənin Adana şəhərində qəribə bir oğru tapılıb. Alış-veriş mərkəzlərində gənc qadınların və qızların çantalarını, pul qablarını oğurlayan 37 yaşlı A.T adlı vətəndaş polis tərəfindən yaxalanıb. Oğru polisə ilk ifadəsində bildirib ki, onun bu əməlini oğurluq adlandırmaq haqsızlıqdır.
Çünki o, insanları inandıraraq pullarını alıb. Zərərçəkən qismində ifadə verən qadınlar isə bildiriblər ki, A.T onların çantasını oğurlayıb qaçmayıb. Heç zorla pul qablarını da götürməyib: ”O, bizimlə tanış olandan sonra şirin-şirin söhbət edirdi. Telefon nömrəsini verirdi, bizim nömrəmizi alırdı və zəngləşib görüşəcəyimizi deyirdi. Amma o, gedəndən sonra mən və rəfiqəm hiss etdik ki, çantamızdakı bütün pullarımız oğurlanıb”. Bunu G.P adlı zərərçəkən qadın deyib.
Oğru isə bildirib ki, qadınlardan zorla heç nə almayıb, onlar könüllü şəkildə ona pullarını və zinyət əşyalarını veriblər: “Mən istedadlı bir hipnozçuyam. Bu isə suç deyil”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.