Müğənni-aktyor Əmrahın qeyri-rəsmi nikahdan dünyaya gələn oğlu Tayfun evlənməyə hazırlaşdığı sevgilisi Funda Çakırdan ayrılıb.
Tayfunun Seda Sayanın izdivac verilişində tanış olduğu Funda ilə hansı səbəbdən ayrıldığı məlum deyil.
Xatırladaq ki, Tayfun bir müddət əvvəl elçilərini Fundanın qapısına göndərib. Cütlük yazda nişanlanmaq, yayda isə toy etmək fikrində idi.
Qeyd edək ki, Əmrah əvvəlcə Tayfunu oğlu kimi qəbul etməyib. Daha sonra onu qəbul etsə də, mirasından məhrum edib. Ona görə ata-oğul arasında tez-tez mübahisələr düşür.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.