banner
banner

Dünya

Suriyalıların İstanbula köçü dayandırıldı

Suriyalıların İstanbula köçü dayandırıldı

Türkiyədəki Suriyalıların İstanbula gəlişi müvəqqəti olaraq dayandırılıb. Hazırda İstanbulda qeydiyyatda olan 542 min suriyalı var.

Ölkənin Daxili İşlər Nazirliyindən bildirilib ki, əhalinin sıxlığı nəzərə alınaraq, İstanbula yeni qeydiyyat alınmır. Qeyd edək ki, biometrik şəxsiyyət vəsiqəsi ilə qeydiyyata alınan suriyalılar icazə sənədi ilə şəhər dəyişdirə bilirdilər. İstanbul isə Türkiyəyə gələnlərin ən çox qalmaq istədiyi şəhərdir.

Miqrasiya idarəsindən isə bildirilib ki, İstanbula qeydiyyat dayandırılsa da, burada qeydiyyatsız yaşayanlar var və hazırda onları müəyyən etmək üçün hərəkətə keçilib.

Xatırladaq ki, Türkiyənin 81 əyalətində suriyalılar var və 3 milyon 485 min 644 suriyalıya biometrik kimlik verilib.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.