banner
banner

Sosİal

Taleh Xasməmmədova cinayət işi açıldı

Taleh Xasməmmədova cinayət işi açıldı

Fevralın 24-də günorta saatlarında saxlanılan hüquq müdafiəçisi Taleh Xasməmmədova Cinayət Məcəlləsinin 221.1 maddəsi - xuliqanlıq ittihamı ilə cinayət işi açılıb.

Bu barədə musavat.com-a T.Xasməmmədovun yaxınları məlumat verib: “Talehin üzünə duran Zahir adlı şəxs indiyədək xeyli sayda adamın üzünə dayanıb. O, xeyli cinayət işində “zərərçəkmiş” kimi tanınır. Taleh Xasməmmədov bundan öncə də şərlənib tutulmuşdu, vicdan məhbusu kimi, cənab prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

İndi hansısa məmur Taleh Xasməmmədovun fəaliyyətindən narahat olaraq öz maraqları üçün onu həbs etdirmək istəyir. Bu şəxslər başa düşmür ki, belə hərəkətləri ilə ölkə başçısına qarşı sabotaj edirlər, Azərbaycanın imicinə zərbə vururlar. Bu hərəkətləri o vaxta təsadüf edir ki, Avropa Şurasının insan haqları üzrə komissarı Bakıdadır və fevralın 25-də rəsmi şəxslərlə görüşəcək”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.