“Formula 1 group”un direktoru: Bakı üçün elə bir platforma yaratmalıyıq ki...
"Biz Bakı ilə səmərəli əməkdaşlıq edirik və gələcəkdə bu əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik".
Trend-in məlumatına görə, bunu “Formula 1 group” şirkətinin baş icraçı direktoru Çeys Kerri Heydər Əliyev Mərkəzində Bakı Şəhər Halqası və Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçirilən “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları 2018” adlı konfransda çıxışı zamanı deyib.
Ç.Kerri bildirib ki, dünyada milyonlarla insan Formula 1 yarışlarını televiziya, internet və digər rəqəmsal kanallar vasitəsilə izləyir: “Biz Bakı üçün elə bir platforma yaratmalıyıq ki, Bakı bundan böyük fayda götürsün. Ötənilki yarışma həyəcanlı idi və çalışırıq ki, budəfəki yarışda həyəcanı artıraq. Biz çalışacağıq ki, insanlar yarışlardan daha böyük zövq alsınlar”.
Formula 1 rəhbəri qeyd edib ki, Bakıda keçirilən Formula 1 yarışlarına tamaşa edən insanları Bakıya cəlb etmək lazımdır: “Bu platforma vasitəsilə milyonlarla insan Bakını görür və Azərbaycana səfər edə bilər. Biz çalışmalıyıq ki, Bakı haqqında daha ətraflı məlumat verək və həmin insanları Bakıya gəlməyə cəlb edək”.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.