banner
banner

Dünya

Ərdoğan: "İŞİD tamaşasının sonu çatıb"

Ərdoğan: "İŞİD tamaşasının sonu çatıb"

“Strateji ortağımızın, müttəfiqimizin terrorçulara silah yardım etməsi az imiş, indi də maliyyə dəstəyi verir”.

“Report”un məlumatına görə, bunu Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının parlament fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

Onun sözlərinə görə, ABŞ PYD və YPG-yə 300 milyon dollarlıq yardım edir: “Guya onlar İŞİD-ə qarşı mübarizə aparırlar. Siz İŞİD-lə necə mübarizə aparırsınız? Onlar haradadır? Biz bölgədə kimin-kim oldğunun tam aydın şəkildə bilirk. Bu gün heç kim İŞİD adından istifadə edə bilməz. İŞİD teatrının sonu çatıb”.

R.T.Ərdoğan vurğulayıb ki, Türkiyənin Suriyadan çıxmağını istəyənlər, əvvəlcə oradakı tunellərə, silahlara diqqət etməlidirlər: “Bütün bunların Türkiyəyə qarşı olmadığını söyləyənlərə deyəcək sözümüz yoxdur. Bu NATO-da bərabər hüquqlu müttəfiqlikdir. NATO-nun nizamnaməsinə Türkiyə qədər ABŞ-da əməl etməlidir. NATO üzvlərinin hamısının hüququ ABŞ-la eynidir. Terrorçu PYD ilə müttəfiqlik edirlər. NATO-nun nizamnasəninə əsasən, ABŞ belə terrorçulara qarşı çıxmalıdır”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.