Çində H7N4 "quş qripi" virusuna insanın ilk yoluxma faktı qeydə alınıb.
Trend-in məlumatına görə, ölkənin səhiyyə işləri üzrə Dövlət Komitəsi Tszyansu vilayətində 68 yaşlı qadının ötən ilin sonunda "pnevmaniya" diaqnozu ilə xəstəxanaya daxil olduğunu, daha sonra ondan götürülən qan nümunələrində H7N4 virusunu aşkar edib.
Məlumata görə, sonradan qadının yaşadığı ərazidə təhlükəsizlik tədbirləri görülüb.
Qeyd edək ki, Çində H7N9 "quş qripi" virusu daha çox yayılıb, 2013-cü ildə bu virusdan 600 nəfər dünyasını dəyişib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.