banner
banner

Hərbİ

Rusiya hərbi texnikası Tiflisin mərkəzində

Rusiya hərbi texnikası Tiflisin mərkəzində

Rusiya Ordusuna məxsus hərbi texnika Gürcüstanın paytaxtı Tiflis küçələrində peyda olub.

CİA.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, hərbi texnikanın Tiflisdə olduğu ilə bağlı fotoları gürcü bloqqerlər yayıblar.

Bildirilir ki, hərbi avtomobilərin hamısında Rusiya tranzit nömrələri olub. Bloqqerlərin sözlərinə görə, avtomobillər bir gecə Tiflisin mərkəzi rayonlarından birinə daxil olublar. Burada bir gecə qalandan sonra hərbi texnika naməlum istiqamətdə hərəkə ediblər.

Bloqqerlər bildirir ki, Rusiya Silahlı Qüvvələrinə məxsus ağır hərbi texnika Tiflisə gündüz saatlarında gəlsə də, gecə saatlarında ərazini tərk ediblər.

“Ehtimal edilir ki, Rusiyanın Cənub hərbi dairəsinin ağır texnikası Ermənistandakı 102 saylı hərbi bazaya getmək üçün Gürcüstan ərazisindən keçmək barədə “icazə" alıb”, - deyə bloqqer bildirir.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.