"Hərbi hissələrdə 270-dən artıq "Etimad qutusu" qoyulub"
Azərbaycanın hərbi hissələrində 270-dən artıq "Etimad qutusu" qoyulub.
Bu barədə "Azərbaycan Ordusu" qəzetinə müsahibəsində respublika baş prokurorunun müavini - ölkənin hərbi prokuroru Xanlar Vəliyev məlumat verib.
O bildirib ki, bu, hərbi qulluqçuların hər hansı bir qanunsuzluğa məruz qaldığı halda vaxtında müraciətetmə hüquqlarından istifadə edə bilmələrini təmin edir.
X.Vəliyev xatırladıb ki, müxtəlif vaxtlarda Respublika Hərbi Prokurorluğu tərəgindən hazırlanan "Hərbi Qanunlar Toplusu" "Hərbi Nizamnamələr və "Əsgər Kitabçası" böyük tirajla çap edilərək hərbi hissələrə göndərilib: "Hazırda bu istiqamətdə işlər davam etdirilir".
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.