Ötən gecə Bakı-Şamaxı yolunda baş verən ağır avtomobil qəzasında dünyasını dəyişən 4 nəfərdən biri jurnalist olub. Bu barədə “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, “Türküstan” qəzetinin saytında redaktor vəzifəsində çalışan Fuad Abdürrəhmanlı qəza zamanı avtomobildə olub.
“Fuad bu yaxınlarda Türkiyəyə gedəcəkdi. O, Türkiyədə doktorluq işi üzrə müdafiə etməliyidi. Ailəsilə birlikdə Ankaraya yola düşməli idi. Özü həmişə siyasi-ictimai hadisələrin fəal iştirakçı olub. Həftə sonu olduğu üçün yaxınları ilə birlikdə Şəkiyə getmişdi”.
Qeyd edək ki, ötən gecə saat 00:10 radələrində Bakı-Şamaxı yolunda 4 nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib. Şəki sakini, 1966-cı il təvəllüdlü İsmayılov Əlövsət Tahir oğlunun idarə etdiyi 99-DV-061 dövlət nömrə nişanlı “Mersedes” markalı minik maşını qarşı tərəfdən gələn 99-CS-488 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını ilə toqquşub.
Qəza zamanı 1966-cı il təvəllüdlü Əlövsət Tahir oğlu İsmayılov, onun sərnişinləri - 1981-ci il təvəllüdlü Elçin Rasim oğlu Məmmədov, 1973-cü il təvəllüdlü Elşad Hikmət oğlu Hüseynov və 1986-cı il təvəllüdlü Fuad Şahid oğlu Abdürrəhmanlı qəzada aldıqları ağır xəsarətlərdən dünyalarını dəyişiblər. Faktla bağlı araşdırma aparılır.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.