"Rembo" ölüm xəbərinə münasibət bildirdi: "Sağam, yaxşıyam..."
"Rembo" və "Rokki" filmlərinin ulduzu, aktyor Silvestr Stallone sosial şəbəkədə özü haqda yayılan ölüm xəbərlərinə münasibət bildirib. 71 yaşlı aktyor onun haqda çıxan xəbərləri İnstaqram səhifəsində yerləşdirərək yazıb: "Xahiş edirəm, belə yalanlara inanmayın. Sağam, yaxşıyam, xoşbəxtəm və sağlamam. Hələ də döyüşürəm". Qeyd edək ki, sosial şəbəkələrdə Stallonnenin prostat vəzi xərçəngindən vəfat etdiyi qeyd olunmuşdu. İddia olunurdu ki, o, xəstəliyini gizlətsə də, sonda onun öhdəsindən gələ bilməyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.