Adana və Antalyada iki azyaşlı qıza təcavüz hadisəsindən sonra məşhurlar sosial mediada “Uşaq susar, sən susma” kampaniyasına başlayıb. Məsələyə müğənni Hadisə də biganə qalmayıb. O, Kıbrısda konsertdən əvvəl jurnalistlərin suallarını cavablandırıb. İfaçı azyaşlılara təcavüz edənlərin cəzasının edam olduğunu söyləyib və göz yaşlarına hakim ola bilməyib: “Hörmətli Prezident, Baş nazir və Ədliyyə nazirinə səslənirəm. Xahiş edirik, cəzalar dəyişdirilsin. Azyaşlılara təcavüz edənlər yaşamasın. Edam geri gəlsin.Yadıma düşdükcə, ürəyim yanır. Əminəm ki, anna olan qadınlar daha çox əziyyət çəkirlər. Sənətçi yoldaşlarımızla bir yerə toplanıb prezident və ədliyyə nazirin yanına gedib bir şey edə bilərik. Ölkəm xaricdə belə bir xəbərlə yadda qalmamlıdır”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.