Rusiya Kinematoqrafçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, kinorejissor və aktyor Nikita Mixalkovun nəticəsi olub. 72 yaşlı rejissorun 25 yaşlı nəvəsi Aleksandra ana olub. Bu barədə xəbəri Nikitanın oğlu Stepan Mixalkov İnstaqram səhifəsində qızı Aleksandranın şəklini paylaşaraq verib. Qeyd edək ki, uşağın atası 23 yaşlı aktyor Petr Skvorçovdur.
Xatırladaq ki, Kann, Venesiya kimi dünyanın nüfuzlu kino festivallarının qalibi, "Oskar" mükafatı laureatı Nikita Mixalkov bir çox filmlərin rejissoru, ssenaristi, baş prodüseri və bədii rəhbəridir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.