Bu gün Xankəndidə kəlbəcərli girovların apelyasiya şikayətinə baxılacaq.
ANS PRESS-in məlumatına görə, doğma torpaqlarında ata-babalarının məzarlarını ziyarət edərkən erməni quldurları tərəfindən tutulan Dilqəm Əsgərov və Şahbaz Quliyev "məhkəmə"nin qərarından etiraz ediblər.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Dilqəm Əsgərov, Şahbaz Quliyev və sonradan vəhşicəsinə öldürülmüş Həsən Həsənov doğulduqları Qarabağa keçərək ata-babalarının məzarlarını ziyarət etməyə çalışıblar. Ancaq erməni separatçıları Həsən Həsənovu vəhşicəsinə öldürərək Dilqəm və Şahbazı girov götürüb. Separatçı Qarabağ rejimində azərbaycanlılar üzərində qondarma məhkəmə qurulub. Oyuncaq məhkəmə Dilqəm Əsgərov barəsində ömürlük, Şahbaz Quliyev barəsində isə 22 il həbs qərarı çıxarıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.