Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi tenderin qalibi olub.
ANS PRESS-in məlumatına görə, bu barədə "AzeriDefence"ə eksklüziv açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov məlumat verib.
Nazirin sözlərinə görə, müqavilə Türkiyə SQ-nin xüsusi təyinatlılarına RPQ-7 qumbaraatanlarının çatdırılmasını nəzərdə tutur. Müqavilə üzrə MSN bu il Türkiyə SQ-nin nəzərdə tutulan sayda qumbaraatanla təchiz edəcək.
Y. Camalov qeyd edib ki, Azərbaycan istehsalı olan RPQ - 7V2 "Qaya" qumbaraatanlarının Türkiyənin müvafiq qurumunun sınaqlarından uğurla keçib.
"Bu silah hazırda ordumuzun silahlanmasında yer alır. Hətta bəzi göstəricilərinə görə digər ölkələrdə istehsal edilən RPQ-7-7-ləri də üstələyir", - deyə nazir vurğulayıb.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.