banner
banner

Sağlamlıq

Qripdən qorunmaq üçün nə etməli – Rusiyalı həkimdən məsləhət

Qripdən qorunmaq üçün nə etməli

Hazırda ölkədə tüğyan edən qrip və ya paraqrip və ya hələ də növü bəlli olmayan respirator xəstəliklərdən qorunmaq çətin olsa da bu üsulları mütləq etmək lazımdır.

Azərbaycan həkimləri bu mövzu barədə sussa da, Rusiyada yayılmış virusla bağlı rusiyalı həkimlər kifayət qədər aktivdir.

Medicina.az Moskvanın tanınmış pediatrı Yevgeniy Timakovun qripin profilaktikası ilə bağlı maraqlı məsləhətini təqdim edir:

"Qrip üçün ən yaxşı profilaktika evin küləklənməsi, havalandırılmasıdır. Virusun evdən uçması üçün bu vacibdir. Soyuq olacağından qorxmayın. Evdə qripli adam varsa, o mütləq maska taxmalı, 2 saatdan bir maskanı yeniləməli, işlənmiş maska evdən kənara çıxarılmalıdır. Adam çox olan yerlərdə buruna interferonlu maz çəkilməlidir. Özü də çox, tez-tez çəkmək lazımdır. Bu viruslara qarşı baryer rolunu oynayır. Evə qayıdanda isə burunu duzlu su ilə yumaq lazımdır.

Bir də satışda allergik insanlar üçün xüsusi burun filtrləri satırlar. Onlar viruslara qarşı da effektivdir. Bu filtri burun pərinin içərisinə yapışdırıb, yola çıxırsız".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.