banner
banner

Dünya

ABŞ-da işsizlik müraciətləri son 49 ilin minimumuna enib

ABŞ-da işsizlik müraciətləri son 49 ilin minimumuna enib

ABŞ-da işsizliyə görə müavinət məqsədli müraciətlərin həftəlik sayı 10 min ədəd azalaraq 210 minə enib.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu son 49 ilin ən aşağı səviyyəsidir.

Sonuncu dəfə belə az sayda müraciət 1969-cu ildə qeydə alınıb. Qeyd edək ki, analitiklər müraciətlərin 225 min olacağını ehtimal edirdilər.

"Report"un analitik qrupu bildirir ki, işsizlik müraciətlərinin minimal səviyyəyə düşməsi ABŞ-da işsizlik səviyyəsinin azalmasına gətirib çıxaracaq. Bu da öz növbəsində, əhalinin gəlirlərinin artması, məcmu xərclərin yüksəlməsi və inflyasiyanın sürətlənməsi deməkdir. Nəticədə, Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini daha intensiv artırmağa başlaya bilər ki, bu da dolalrın möhkəmlənməsi ilə nəticələnəcək.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.