“Qaflan adlı və ölülərin yandırılması ilə məşğul olan bir erməni qrupu var idi. Bu qrup Xocalıda azərbaycanlıları yandırmaqla məşğul idi”.
ANS PRESS-in məlumatına görə, bu sözləri Xocalı soyqırımının canlı şahidi erməni jurnalist Daud Xheriyan o günləri xatırlayarkən deyir.
O bildirib ki, martın 2-də Xocalıdan 1 kilometr məsadəfə yerləşən əraziyə 100 azərbaycanlının meyiti gətirildi: “Sonuncu yük maşınında 10 yaşında olan qız usağı gördüm. Başından və əlindən yaralı idi. Havanın soyuq və özünün ac olmasına baxmayaraq hələ də yaşayırdı. Güclə nəfəs alırdı. Gözlərini ölüm qorxusu bürümüşdü. Bu vaxt Tiqranyan adlı erməni əsgər onu vəhşicəsinə götürərək digər cəsədlərin üstünə atdı. Sonra isə bütün cəsədləi yandırdılar. Yanan cəsədlərin arasında bir nəfər qışqırırdı. Heç bir şey edə bilməzdim”.
Xocalı soyqırımı törədilərkən erməni əsgərlərinə komandirlik etmiş Monte Molkanyan isə gündəliyində bunları yazıb: "Gecə saat 11 radələrində 2000 erməni əsgəri Xocalıya 3 tərəfdən hücuma keçdi. Şəhər sakinləri şərq hissəyə sıxışdırılmışdı. Onları öldürməyə başladıq. Gülləsi qurtaran erməni əsgərləri isə biçaqlarla azərbaycanlıları öldürüdülər”.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.