ABŞ-ın Türkiyədəki səfirliyi işini dayandırır - Terror təhlükəsi
Amerikanın Ankaradakı səfirliyi bu gün öz iş rejimini dayandıracaq. Bütün gün ərzində ABŞ diplomatları yalnız fövqaladə vəziyyətdə kömək göstərəcəklər.
Musavat.com bildirir ki, məsələ ilə əlaqədar Reuters agentliyi diplomatik missiyadakı mənbələrinə istinadən xəbər yayıb. Bundan başqa, səfirliyin əməkdaşları Türkiyədə olan ABŞ vətəndaşlarını ənənəvi olaraq insanların kütləvi surətdə yığışdığı yerlərə getməkdən çəkinməyə çağırıb. Diplomatlar qeyd edib ki, səfirlik işini bərpa edən kimi bu barədə xüsusi məlumat verəcək. Xəbərdə təhlükənin xarakteri və dərəcəsi barədə heç bir məlumat yoxdur.
Qeyd olunur ki, ABŞ səfirliyinin bəzən bu cür bəyanatları fəlakətli bir hadisənin öncəsində verilir və heç də əsassız olmur. Belə ki, bu il yanvarın 18-də ABŞ-ın Əfqanıstandakı səfirliyi də bənzər bəyanatla çıxış edərək, silahlı terrorçuların Əfqanıstan paytaxtındakı otellərə hücum edəcəyi barədə xəbərdarlıq etmişdi. Məlumat ABŞ səfirliyinin rəsmi saytında da yerləşdirilmişdi.
Cəmi 2 gün sonra 4 silahlı terrorçu Kabildə yerləşən və xarici vətəndaşların qaldığı “İntercontinental” otelində əsl qırğın törətdilər. Həmin vaxt burada kompüter texnologiyaları üzrə ekspertlərin konfransı keçirilirmiş. İştirakçılar arasında yüksək rütbəl hökumət nümayəndələri olubmuş.
Hücum nəticəsində azı 40 insan həlak olub. ABŞ Dövlət departamentinin sözçüsü Hizer Noyert 4 amerikalının da həlak olanların arasında olduğunu bildirmişdi.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.