Hərbi helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb
Ötən gün İranda hərbi helikopter qəzaya uğrayıb.
APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb. Məlumata görə, helikopterin göyərtəsində 3 nəfər olub, onların hamısı qəza nəticəsində ölüb.
Helikopter paytaxt Tehrandan bir neçə kilometr şimalda yerə çırpılıb.
Rəsmi qurumlar qəzanın İranın şimalında tüğyan edən qar boranı səbəbindən baş verdiyini ehtimal edir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.