banner
banner

Hərbİ

Kreml istədiyinə nail oldu – Hərbi

Kreml istədiyinə nail oldu

Rusiya və Kipr hərbi dəniz sahəsində əməkdaşlıq haqqında memorandumla bağlı razılığa gəlib.   Axar.az xəbər verir ki, müqavilə dünən Novo Oqarevedə Rusiya və Kiprin Xarici İşlər nazirləri tərəfindən imzalanıb.   Müqaviləyə əsasən, Rusiya hərbi gəmilərinin bundan sonra Kipr limanlarına daxil olmasına icazə veriləcək. Memorandumdakı şərtlərə əsasən, gəmilər yalnız terrorizmlə və piratçılıqla mübarizə aparacağı zaman Kiprə daxil olacaqlar.   Qeyd edək ki, bundan öncə mətbuatda Rusiyanın Kiprdə özünün hərbi bazasını yaradacağı haqqında informasiyalar yayılmışdı. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.