Mayın 6-da aktrisa Buse Varolla ailə qurmağa hazırlaşan Alişan şəxsi həyatı ilə bağlı sualları cavablandırıb. Müğənni həyat yoldaşının işləməsini istəmədiyini deyib. Alişanın həyatı ilə bağlı maraqlı açıqlamalarını təqdim edirik: 42 yaşım var, həyatımda 3 dəfə üz baxımı etdirmişəm. İnsanın təbiliyini itirən estetik əməliyyatlara qarşıyam. Nişantaşında bütün qadınlar elə bil bacıdılar. Hamısı eynidir. Buse istəsə plastik əməliyyat etdirə bilər. Evlənəndə qadının həyatını almırsan. Elə kişilərdən deyiləm. Amma bura Türkiyədir və mənim də öz qaydalarım var. Buse indi serialda çəkilir. İyuna qədər müqaviləsi var. Pulum ailəmi saxlamağa bəs edirsə, həyat yoldaşımın çalışmağını istəmirəm. İşləmək itəsə, qadağa qoymaram. Buse çalışmaq istəmir. Toydan sonra tez uşaq istəyirik.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.