ABŞ-da yaşayan Kristi Skot adlı qadın internet fenomeninə çevrilib. 34 yaşlı qadın boşandıqdan sonra gəlinlik donunu yandırıb və görüntüləri sosial şəbəkədə paylaşıb. Əri ilə 18 yaşı olnda ailə quran Kristi bu ilin yanvarında xəyanətə uğradığını öyrənib. O, həyat yoldaşının "Facebook"da başqası ilə danışdığını görüb və boşanmaq qərarına gəlib. "Çiyinlərimdən böyük bir yük atıldı" deyən qadın əvvəlcə gəlinliyini rəngləyib, daha sonra yanacaqla yandırıb. O, "Bu don evliliyin simbolu idi. Evliliyimi yandıra bilmədim, heç olmasa, onu yandırım" deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.