Müdafiə Nazirliyindən itki xəbərləri ilə bağlı açıqlama
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan KİV-lərinin guya şənbə günü günorta saatlarında ölkə Silahlı Qüvvələrinin itkilər verdiyi barədə yaydığı məlumatı təkzib edir.
Bunu Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. V. Dərgahlı bildirib: “Ermənistan KİV-lərinin guya Azərbaycan Silahlı Qüvvələrinin itkilər verdiyi barədə yaydığı məlumat həqiqətə uyğun deyildir”. Ermənistan KİV-ləri, həmçinin hərbi toqquşma zamanı Ermənistanın iki hərbçisinin – Artak Sedrakoviç Agekyan (1979-cu il) və Ayk Qrioqoroviç Baroyan (1995-ci il) – öldürüldüyü barədə məlumat yayıblar.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.