banner
banner

Gündəm

Foruma qatılan Baş katibin halı pisləşdi

Foruma qatılan Baş katibin halı pisləşdi

VI Qlobal Bakı Forumunda iştirak edən İslam Əməkdaşlığı Təşkilatının Baş katibi Əkmələddin Ehsanoğlu bundan əvvəlki tədbirlərə qatıla bilmədiyinə görə təəssüfünü ifadə edib. 
Regional problemlərdən danışan cənab Ehsanoğlu birdən çıxışını dayandırıb və özünü pis hiss etdiyinə görə nitqini davam etdirə bilməyəcəyini deyib. 
O, əməkdaşların köməyi ilə iclas zalını tərk edib. Daha sonra Baş katibi müayinə etmək üçün həkim çağırılıb. Türkiyə XİN-in sabiq rəhbəri Hikmət Çətin və digər təmsilçilər Baş katibə yaxınlaşıb onun sağlıq durumu ilə yaxından maraqlanıb. 

Həkimlər Musavat.com-un əməkdaşına xəstənin durumu ilə bağlı bunları deyiblər: "Təzyiq, şəkər, anamiya var. Amma kritik durum keçdi".

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.