Bir müddət əvvəl aktyor Ahmet Kuraldan ayrılan müğənni Sılanın yeni münasibətə başladığı bildirilir. İfaçı aktrisa Dilan Çiçek Denizin keçmiş sevgilisi Okan Can Yantırla birlikdədir. Eşqlərini gizli saxlayan cütlüyün 3 həftədir dostlarının evində görüşdüyü bildirilir. Xatırladaq ki, Ahmetlə Sılanın ayrılığına da müğənninin Okanla görüşməsi olub. belə ki, Sılanın Yantırla şam yeməyinə çıxması Ahmeti dəli edib. İfaçı ilə dava edən aktyor mübahisə sırasında ona sillə vurub. Bu sillə Sılanın Kuraldan ayrılmasına səbəb olub. Şiddətə heç vaxt dözə bilməyəcəyini deyən müğənni onu tərk edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.