Prezident: "Lazım gələrsə, artilleriyanı geri qaytaracağıq
Ukraynada atəşkəs əldə olunsa da, bölgədə silah səsləri susmur. Ağır texnika şəhərdən çıxarılsa da, Avdeyevka şəhərində “Qrad” tipli silahlardan istifadə olunub.
ANS TV-nin məlumatına gərə, Ukraynanın şərqində özlərini “Donetsk Xalq Respublikası” elan edən qurum rəhbərliyi hökumət qüvvələrilə təmas xəttindən daha 21 tankı geri çəkməyə başlayıb. Prosesi ötən gün ATƏT rəsmiləri müşahidə edib.
Rəsmi Kiyev üsyançıların geri çəkilməsi fonunda əksər cəbhə bölgələrində atəşkəsin tam bərqərar olduğunu təsdiqləyib.
Eyni zamanda, Ukrayna hərbi qüvvələrinə məxsus ağır hərbi texnika da təmas xəttindən geri çəkilir. Lakin qondarma Donetsk Xalq Respublikasının nümayəndəsi Eduard Basurin Ukrayna qüvvələrini təmas xəttindən kifayət qədər geri çəkilməməkdə ittiham edib. Onun sözlərinə görə, ATƏT rəsmiləri bu prosesə nəzarət etmir.
Üsyançıların geri çəkildiyi bölgələrdən dağıntıların əks olunduğu görüntülər yayılıb.
Ukrayna prezidenti Pyotr Poroşenko ordu qüvvələrinin Minsk razılaşmasına əməl etdiyini, bununla belə, lazım gələrsə, artilleriyanın geri qaytarılmasına dair əmr verəcəyini söyləyib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.