“Akademi Türkiyə” yarışmasıyla tanınan, daha sonra isə “Arka sokaklar” serialında rol alan Pınar Aydının son fotoları yayılıb.
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, serialda Rza babanın qızı olaraq tamaşaçılar tərəfindən sevilən aktrisa bir anda ekranlardan uzaqlaşdı. Pınar ailə quraraq karyerasına son qoyub.
Evlilikdən bir oğlu dünyaya gələn P.Aydın hazırda onun tərbiyəsi ilə məşğuldur. Pınar uzun müddət ekranlara qayıtmağı düşünmədiyini deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.