Türkiyədə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəyi (TÜRKAZDER) və Yenimahalle Bələdiyyəsinin birgə əməkdaşlığı çərçivəsində Ankaranın ən böyük məhəllələrindən biri olan Yenimahalledə Xocalı soyqırımı abidəsi ucaldılacaq və mövcud bir parka “Xocalı” adı veriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu barədə Türkiyə Azərbaycan Dərnəyi İdarə Heyəti üzvlərinin Yenimahalle Bələdiyyəsinin sədri Fethi Yaşarla görüşündə razılıq əldə olunub.
Görüşdə, Türkiyədə son dövrdə Azərbaycanın həqiqətlərinin daha çox təbliğ olunması və Xocalıda 26 il öncə yaşanan insanlıq dramı ilə əlaqədar müxtəlif formatlı tədbirlərin həyata keçirildiyi, Türkiyənin əksər bələdiyyələri tərəfindən bu istiqamətdə fəaliyyətlərinə geniş yer verdiyi, bunun iki qardaş ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsində vacibliyi qeyd olunub.
Türkiyə Azərbaycan Dərnəyi İdarə Heyətinin üzvləri bu kimi fəaliyyətlərin Türkiyə-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi ilə yanaşı, ortaq problemlərimizin birgə həlli üçün mühüm rol oynadığı vurğulanıb.
Yenimahalle Bələdiyyəsinin sədri Fethi Yaşar görüşdən məmnun olduğunu və belə görüşlərin müsbət töhfələr verəcəyinə əminliyini ifadə edib. F.Yaşar məsələnin Yenimahalle Bələdiyyəsinin aprel ayı üçün nəzərdə tutulmuş planlarına daxil edilməsi ilə bağlı göstəriş verdiyini qeyd edib.
Türkiyə Azərbaycan Dərnəyinin sədri Enver Türkoğlu, Dünya Azərbaycanlı Gənclər Birliyi Mərkəzi Şurasının üzvü Ahmet Gencehan Babiş və dərnəyin idarə heyətinin üzvləri bələdiyyə sədri F. Yaşara görüş üçün yaratdığı şərait və göstərdiyi dəstəyə görə təşəkkür edərək, bundan sonra da iki qardaş dövlət üçün fəaliyyətlərinin davam etdiriləcəyinə əminlik ifadə ediblər.
Xatırladaq ki, Yenimahalle Bələdiyyəsinin sədri F.Yaşar, özünün “Twitter” hesabından fotoşəkil paylaşaraq "Yenimahalle ərazisində bələdiyyəmiz və Türkiyə Azərbaycan Dərnəyi ilə əməkdaşlıq çərçivəsində, Xocalıda yaşanan insanlıq dramının unudulmaması üçün içərisində soyqırım abidəsi olan bir park inşa edəcəyik" deyə qeyd edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.