banner
banner

Dünya

ABŞ BMT-nin büdcəsinə ödənişləri azaldacaq

ABŞ BMT-nin büdcəsinə ödənişləri azaldacaq

ABŞ BMT-nin büdcəsinə ödənişləri azaldacaq.

 

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib. “Sülhməramlılıq ümumi məsuliyyətdir. Hamımız öz töhfəmizi verməli və hər kəs daha çox səy göstərməlidir”, deyə N.Heyli qeyd edib. Hazırda ABŞ BMT-nin əsas maliyyə mənbəyidir və 2018-ci ildə büdcənin 28,5% təmin edib. N.Heyli bildirib ki, ABŞ qanunlarına görə Vaşinqton BMT-nin büdcəsinə 25%-dən az ödəyə bilər. Ödənişlərin həcminə görə ikinci yerdə Çindir - 10%.

 

Qeyd edək ki, BMT Baş Assambleyası ümumdünya təşkilatının 2018-2019-cu illər üçün büdcəsini ötən ilin sonunda təsdiq edib. Budcə 5,39 milyard dollar təşkil edib, bu göstərici əvvəlki iki illik büdcə ilə müqayisədə 166 milyon dollar azdır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.