Müğənni Murad Dalkılış rejissoru olduğu “Ustalar Alemi” filmi üçün mətbuat konfransı keçirib. Konfransda ifaçı son zamanlar başına gələn hadisələrdən də danışıb: “Bu yaxında Oğuzhan Koçun konsertində səhnəyə çıxdım. Alov aparatının arasında qaldım, hər yerim yandı. Bundan başqa, tez-tez yolda qalıram. Buna görə qurban kəsmişəm”.
Muradın sözlərini eşidən sosial media izləyiciləri “Hande ilə görüşəndən fəlakət başından əskik olmur. Yəqin, Dalkılıçı Mervenin ahı tutub” kimi şərhlər yazıblar.
Qeyd edək ki, aktrisa Merve Boluğurla 2 illik evliliyi ötən ilin sentyabrında bitən Murad 3 ay sonra Hande ilə sevgili olmuşdu.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.