"Fi" serialı final etdikdən sonra aktyor sevgilisi Kerem Bursinlə Mayamiyə istirahətə gedən aktrisa Serenay Sarıkaya ötən gün vətəninə geri dönüb. Hava limanında jurnalistlərin suallarını cavablandıran katrisa "Amerikada ev almağınız doğrudurmu" sualına belə cavab verib: "Amerikada ev almamışam. Amma kaş ki, orada bir evim olsa. İlk evi vətənimdə almışam. İkinci dəfə pulum olsa, mütləq xarici ölkədə alacam. Amma bu Amerika olacaq, ya başqa ğlkə, bilmirəm".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.