Tarkan 8 konsert proqramı ilə Avropa turuna start verib.
Axşam.az-ın Türkiyə mətbuatına istiandən məlumatına görə, ilk konsertini Berlində verən ifaçı bundan sonra Ştuqart, Frankfurt, Rotterdam, Düsseldorf (iki konsert), Münxen və Hamburqda sevənləri ilə görüşəcək.
Məlumata əsasən, Tarkan 8 konserti üçün qabaqcadan 6 milyon lirə alıb.
Qeyd edək ki, meqastarın konserti bu gün başlayıb və 29 aprel Hamburqda bitəcək.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.