banner
banner

Gündəm

Rövşən Rzayev: Ermənistan əslində faşizmi təbliğ edir

Rövşən Rzayev: Ermənistan əslində faşizmi təbliğ edir

Ermənistan bu gün digər millətlərə qeyri-tolerant münasibət göstərməklə faşizmi təbliğ edir. Bunu Trend-ə Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, ermənilərin faşizmi təbliğ etməsinin kökündə onların mənfur xisləti dayanır:

“Hərbi cinayətkar Qaregin Njde faşistlərin irqi ayrı-seçkilik və antisemitizm ideologiyasina sahib çıxmışdı. Ermənilərin bu şəxsi qəhrəman səviyyəsinə qaldıraraq ona heykəl qoyması da göstərir ki, onlar bu gün faşistlərin ideyalarına sahib çıxırlar, onu davam etdirirlər və bunu gizlətmirlər”.

R.Rzayev bildirib ki, “Pew Research Center” Tədqiqat Mərkəzinin apardığı sorğu da ermənilər arasında antisemitizm ideyalarının yayıldığını, ermənilərin özlərindən başqa heç bir milləti sevmədiklərini bir daha təsdiq edir.

 

Bunu bir ölkə üçün normal hal saymayan deputat qeyd edib ki, ölkələr qarşılıqlı münasibət zamanı Ermənistanın antisemitizm siyasəti həyata keçirdiyini nəzərə almalıdırlar.

R.Rzayev bir çox ölkələrin buna əhəmiyyət verməməsinə təəssüf etdiyini də deyib.

Xatırladaq ki, “Pew Research Center” Tədqiqat Mərkəzinin Mərkəzi və Şərqi Avropanın 18 ölkəsində bir il ərzində apardığı sosial sorğunun nəticələrinə görə, Ermənistan Mərkəzi və Şərqi Avropa dövlətləri arasında yəhudilərə münasibətdə ən qeyri-tolerant ölkə hesab olunub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.