Gözəllik standartlarını dəyişdirən model - fotolar
Dünyanın ən qeyri-adi görünüşünə malik modeli Vinni Harlou "Elle" jurnalının may buraxılışı üçün kameralar qarşısına keçib. Dərginin üz qabığına çəkilən 23 yaşlı model eyni zamanda verdiyi müsahibəsi ilə heyran edib. O, vitiliqo (dəri peqmentinin pozulması) xəstəliyi üzündən dərisində yaranmış ağ rəngləri heç vaxt örtmək istəmədiyini bildirib. Əksinə, Vinni bu görünüşü ilə gözəllik standartlarını dəyişdirdiyini bildirib.
Qeyd edək ki, uşaqlıqdan model olmaq arzusunda olan Vinnini vitiliqo xəstəliyinə görə məktəbdə inək, zebra və s. sözlər deyərək təhqir ediblər. Lakin o, heç nəyə fikir verməyərək istəyinə nail olub. Belə ki, “Top model Amerika” layihəsinə qatılan Harlou qalib gəlib və indiyənədək ən gözəl bədən quruluşuna malik model sayılır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.