banner
banner

Dünya

Tramp "YouTube"un ofisindəki atışmada yaralananlara şəfa diləyib

Tramp "YouTube"un ofisindəki atışmada yaralananlara şəfa diləyib

ABŞ prezidenti Donald Tramp "YouTube" video portalının Kaliforniya ştatında, San-Bruno şəhərindəki baş ofisində baş vermiş atışma zamanı yaralananlara şəfa diləyib.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Dövlət başçısı bildirib ki, hadisədən yenicə xəbər tutub. O, yaralılara dua etdiyini qeyd edərək arzularını bildirib.

Ağ Ev rəhbəri həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlarına hadisəyə dərhal reaksiya vermələrinə görə təşəkkürünü ifadə edib.

Daha əvvəl şəhərin polis rəisi Ed Barberini "YouTube" ofisində atışma zamanı 4 nəfərin xəsarət aldığını xəbər verib. Onun sözlərinə görə, hadisəni törədən qadın özünü öldürüb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.