“Məhkum Vüqar Əliyev Novruz bayramı ərəfəsində əfv oluna bilər”. Bunu AzVision.az-a açıqlamasında məhkum Vüqar Əliyevin vəkili Adəm Məmmədov deyib. Vəkilin sözlərinə görə, Vüqar Əliyevin əfv olunması ilə bağlı ölkə prezidentinə etdikləri müraciət artıq qeydə alınıb: “Vüqar Əliyevin cəzasını çəkdiyi Qobustan həbsxanasından onun barəsində müsbət xasiyyətnamə verilib. Orada qeyd olunub ki, Vüqar Əliyev nümunəvi məhkumdur, cəzasını yaxşı çəkir. Həmçinin qeyd olunub ki, onun cəzaçəkmə müəssisənindəki davranışları da yaxşıdır. Vüqar Əliyevin əfv olunması çox ədalətli bir qərar olardı. Ola bilsin ki, Novruz bayramı ərəfəsində Vüqar Əliyev də əfv olunsun. Bu ölkə prezidentinin müstəsna səlahiyyətinə daxildir”.
Vəkilin sözlərinə görə, Vüqar Əliyev keçmiş nişanlısı Lamiyə Quliyevanın azadlığa çıxmasına sevinib: “Lamiyə Quliyevanın azadlığa çıxmasından Vüqar Əliyev artıq xəbər tutub. Vüqar Lamiyənin azadlığa çıxmasını çox müsbət qarşılayıb”.
Qeyd edək ki, Vüqar Əliyev Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilərək ömürlük azadlıqdan məhrum olunub.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.